Gəncədə naməlum avtomobil 19 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb

Gəncə şəhərində yol-nəqliyyat qəzası baş verib.


Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Naməlum avtomobil yolu keçmək istəyən, 1994-cü il təvəllüdlü Aygün Quliyevanı vurub. 19 yaşlı qız dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.


Hadisəni törədən sürücün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri