İstanbul terrorunda öldürülən Nuranənin fotoları
- 03.01.2017, 14:24,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yanvarın 1-nə keçən gecə İstanbulun "Reina" klubuna silahlı hücum nəticəsində öldürülən Azərbaycan əsilli Rusiya vətəndaşı Nuranə Həsənovanın sosial şəbəkələrdə fotosu yayımlanıb.
Live.Az qaynarinfo-ya istinadən bildirir ki, Nuranınin fotosunu "İnstagram"da bacısı paylaşıb.
Qeyd edək ki, Nuranə Rusiya vətəndaşı olsa da cənazəsi Azərbaycana gətiriləcək. Bunu mərhumun qohumları belə istəyiblər.
Məlumata görə, N.Həsənovanın qohumları Rusiyanın Türkiyədəki səfirliyinə müraciət edərək cənazənin məhz Azərbaycana göndərilməsini xahiş ediblər və səfirlik onların xahişini müsbət cavablandırıb.
Qeyd edək ki, əvvəlcə ölən qadının Azərbaycan vətəndaşı olduğu güman edilib, amma sənədlərə baxdıqdan sonra onun Rusiya vətəndaşlığını ortaya çıxıb.