Azərbaycanın Avropa Liqasında təmsil edəcək “İnter” UEFA-ya iştirak ərizəsini göndərib. Live.az-ın APA istinadən verdiyi məlumata görə, I təsnifat mərhələsində Finlandiya “Mariehamn”ına rəqib olan bakılılar 26 futbolçu sifariş edib.
Bunlardan yeni futbolçular – Aleksandro Benitez, Laşa Salukvadze, Matiya Şpiçiç, Mikel Alvaro Salazar, Junior Flavio, Aleksandr İaşvili və kapitan Vaqif Cavadovdur. Bu oyunçuların “İnter”in sıralarında olduğu məlum idisə, tanınmış gürcü futbolçu Laşa Salukvadze son transfer sayıla bilər. Hər halda, komanda ətrafında adı çəkilməyən 32 yaşlı müdafiəçi problemli sayılan arxa xəttə gətirilib. Millisinində 30 oyunda 1 qol vuran Salukvadze daha çox Rusiyada çıxışı ilə tanınır.
Son olaraq I division təmsilçisi “OİK-Eneji”nin futbolçusu Laşa bura vətənindən “Dila” klubundan gəlib. Karyerasında ilk addımları Tiflisin “Dinamo” və “Lokomotiv” klublarında atan müdafiəçi ardından 5 il “Rubin”də oynayıb – 91 matç 2 qol. Laşa Kazan təmsilçisi ilə 2008-10-cu illərdə ardıcıl 3 dəfə çempionatının medalçısı olaraq, 2 dəfə qızıl, 1 dəfə bürünc mükafat qazanıb.
O, bundan sonra – 2011/12 mövsümündə Rusiya Premyer Liqasının digər təmsilçisi “Volqa”nın şərəfini qoruyub. Maraqlıdır ki, Salukvedze orada “İnter”in digər yeni transferi – Cavadovla komanda yoldaşı olub.
Qapıçılar: 1. Georgi Lomaya, 25. Səlahət Ağayev, 96. Elşən Poladov
Müdafiəçilər: 20. Brüs Abdulaye, 14. İlqar Ələkbərov, 4. Aleksandro Benitez, 7. Ruslan Əmircanov, 87. Camal Hacıyev, 3. Laşa Salukvadze, 15. Matija Spiçiç, 29. Ruslan Cəfərov, 2. Azər Salahlı
Yarımmüdafiəçilər: 47. Abdulla Abatsiyev, 8. Mikel Alvaro Salazar, 77. Junior Flavio, 21. Arif Daşdəmirov, 10. Daniel Genov, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 13. Mirsahib Abbasov, 91. Coşqun Diniyev
Hücumçular: 9. Aleksandr İaşvili, 70. Vaqif Cavadov, 28. Baçana Sxadadze, 6. Samir Zərgərov, 17. Ramil Mansurov
Qeyd edək ki, iştirak ərizəsində 25 futbolçu olduğundan, “İnter” iyulun 4-də qəbul edəcəyi finlərlə ilk oyuna qədər 1-in adını siyahıdan çıxarmalıdır.