Qubada iki azyaşlını maşın vurub, biri ölüb, digəri ağır yaralanıb

Quba rayonunda ölümlə nəticələnən ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Rustov kəndində qeydə alınıb.

“Qazel” markalı avtomaşın iki azyaşlı qardaşı vurub. Onlardan biri 4 yaşlı Qurbanov Renat Nurağa oğlu dünyasını dəyişib. Onun qardaşı 10 yaşlı Xəqani isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, ölən azyaşlıya vaxtında tibbi yardım göstərilməyib. Təcili yardım xidmətinə müraciət olunsa da vaxtında gəlməyib. Nəticədə azyaşlı dünyasını dəyişib.

Quba MRX-dan bildirilib ki, hadisə yerinə çağırış olunan kimi təcili yardım maşını əraziyə yollanıb.

Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri