Bacısını öldürüb Xoşqədəmin verilişində onu "axtardı"

Bacısını öldürüb Xoşqədəmin verilişində onu "axtardı" Lənkəran rayonunda 5 il əvvəl törədilmiş və bu günlərdə üstü açılmış qətl hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.


Live.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, bacısı Təranə Ağayevanı qətlə yetirdiyini etiraf edən Nərimanabad qəsəbə sakini Fuad Ağayev hadisədən sonra onu axtarmaq üçün jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu verilişə çıxıb. Digər bacısı ilə telekanala müraciət edən F.Ağayev qətlə yetirdiyi bacısının fotosunu nümayiş etdirib və onun tapılması üçün tamaşaçılardan kömək istəyib.


Bildirilir ki, Ağayevlər ailəsinin 10 övladı olub. Onlardan beşi oğlan, beşi isə qızdır. Fuad Ağayev və qətlə yetirdiyi Təranə evin ortancıllarından olub. Təranənin yoxa çıxmasından sonra anası xəstəliyə tutulub və çox keçmədən vəfat edib.


Kənd sakinləri, ailə və Fuad Ağayev barəsində müsbət rəy veriblər.


Maraqlıdır ki, F.Ağayev bacısını öldürüb basdırdığını dediyi yerdən heç bir insan qalığı və əlamətləri aşkarlanmayıb. O, sonradan bacısının meyitini çıxarıb dənizə atdığını desə də, bunu kiminlə etdiyini, hansı avtomobillə qalıqları dənizə apardığını deməyib.


Araşdırmalar davam etdirilir.


******


Lənkəranda 4 il əvvəl bacısı Təranə Ağayevanı öldürərək Nərimanabad qəsəbəsi ərazisində basdırdığını deyən Ağayev Fuad Polad oğlunun göstərdiyi yerdə qazıntı işləri aparılıb və meytin qalıqları tapılmayıb.


Live.az-ın "Report"a istinadən xəbərinə görə, Lənkəran Rayon Prokurorluğu meyitin ekskumasiya olunması haqda qərar verib.


Ekskumasiyada Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin ekspertləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Amma F.Ağayevin göstərdiyi yerdən T.Ağayevaya aid heç bir qalıntı tapılmayıb.


F.Ağayev hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşlarına bildirib ki, meyiti həmin ərazidə basdırıb. Amma iki il keçəndən sonra qəbiri təkrar açaraq sümükləri oradan çıxarıb və dənizə atıb.


Faktla bağlı araşdırmalar davam edir.


***

Qardaşı tərəfindən 4 il öncə qətlə yetirilmiş Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın meyitinin eksqumasiya prosesi həyata keçirilib.

APA-nın məlumatına görə, prosesdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis-prokurorluq əməkdaşları, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinin həkim-ekspertləri iştirak ediblər. Lənkəran Rayon Prokurorluğu mərhumun meyitinin basdırıldığı yerdən çıxarılmasına,ekspertizadan keçirilməsinə qərar verib. Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən T. Ağayevanın meyiti aşkarlanmayıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


***


Lənkəranda 4 il öncə bacısını öldürən şəxs saxlanılıb.

Rayonun hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 2013-cü ildə Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. Həyata keçirilən istintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində F.Ağayev ailə münaqişəsi zəminində bacısını öldürdüyünü və meyiti qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını boynuna alıb.

T.Ağayevanın meyiti eksqumasiya olunacaq.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri