Mövlud Çavuşoğlu: "Gecə klubuna silahlı hücum edən şəxsin kimliyi məlumdur"

Mövlud Çavuşoğlu: "Gecə klubuna silahlı hücum edən şəxsin kimliyi məlumdur" Türkiyənin İstanbul şəhərində məşhur “Reina” gecə klubuna silahlı hücumu törədən şəxsin kimliyi məlum olub.


Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib. Nazir bildirib ki, terrorçunun saxlanması istiqamətində işlər davam edir: “Həmin şəxsin yaşadığı evə baxış keçirilib. Hazırda onun bu terroru törətmək üçün kimlərdən kömək alması, arxasında kimlərin olması ilə bağlı araşdırmalar davam etdirilir”.


Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri