Gəncədə qadın abort zamanı ölüb
- 04.01.2017, 17:53,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə ölüm hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində qeydə alınıb. Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Aslanova Gülşən Şəmsəddin qızı abort zamanı ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.