Azərbaycanlı hakimlər UEFA Avropa Liqasında

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 11-də keçiriləcək iki qarşılaşmanı azərbaycanlı FIFA referiləri idarə edəcək. ANS-in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Futbol Federasiyası məlumat yayıb.

"Dinamo" (Minsk, Belarus) - "Kruoja" (Litva)
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Namiq Hüseynov, Vüsal Əliyev

"Libertas" (San-Marino) - "Sarajevo" (Bosniya və Herseqovina)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov.
Şərhlər
İdman bölməsinin xəbərləri