Bakıda bankomat kartından oğurluq edən şəxs 11 ay sonra yaxalandı
- 17.04.2013, 18:41,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İnternet vasitəsi ilə başqasının bankomat kartından pul çıxaranın şəxsiyyəti müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2012-ci ilin iyunun 9-da Qazax rayon sakini Şaiq Nəsirov Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə müraciət edərək 2012-ci ilin mayında onun bankomat kartından internet vasitəsi ilə 977 manatının çıxarıldığını bildirib.
Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.
Üstündən 11 ay keçdikdən sonra oğurluğun kim tərəfindən törədildiyini müəyyən etmək mümkün olub.
Belə ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisənin paytaxtın Qara Qarayev prospektindəki internet klubda işləyən Bakı şəhər sakini İslam Əliyev tərəfindən törədildiyi müəyyən edilib.