İzmirdə məhkəmə qarşısında partlayış törədilib, iki terrorçu zərərsizləşdirilib, biri axtarılır
- 05.01.2017, 18:14,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.
Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan ikisi atışmada öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu polis tərəfindən axtarılır.
Partlayış nəticəsində ən azı 10 nəfər yaralanıb, yaralılardan birinin vəziyyəti ağırdır.
***
Bu gün Türkiyədə partlayış törədilib.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İzmirdə məhkəmə binasının önündə iki avtomobil partladılıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşın göndərilib.
Yaralıların olduğu bildirilir.