Azərbaycan XİN: Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı deyil, işğalçıdır

Azərbaycan XİN: Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı deyil, işğalçıdır “Ermənistan Dağlıq Qarabağın fiziki təhlükəsizliyinin qarantı deyil, Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etmiş dövlətdir”.


APA-nın məlumatına görə, Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan müdafiə nazirinin son fikirlərini belə şərh edib.


“Ermənistanın bu gün gördüyü iş – öz qanlı işğalçılıq siyasətini davam etdirməkdir. Yaranmış vəziyyətdə təbii ki, Azərbaycan öz müdafiə qabiliyyətini gücləndirməlidir. Nəticədə Azərbaycan ordusu bu gün regionun ən güclü, təlim keçmiş, yüksək texnologiyalarla təchiz olunmuş ordusuna çevrilib”.


Mətbuat katibi bildirib ki, Ermənistanın yürütdüyü təcavüzkar siyasət konfrontasiya vəziyyəti yaradıb və bununla bütün regionun təhlükəsizliyinə təhdid altına salıb: “Azərbaycanın hərbi potensialını gücləndirməsi öz xalqının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Ermənistanın həyata keçirdiyi təcavüz regionu gərginlikdə saxlayır, buna görə Azərbaycan Ermənistan tərəfdən davam edən işğal siyasəti öz müdafiə qabiliyyətini mühkəmlədir”.


Ermənistan prezidenti Serj Sərkisyanın Polşada “regionda “Şərq Tərəfdaşlığı” proqramının təmin etdiyi imkanlardan tam yararlanmağa mane olan problemlər var” fikirlərini şərh edən Elman Abdullayev bildirib ki, bu problemlərin yaranmasına görə yalnız rəsmi İrəvan günahkardır.


“Regionu gərginlikdə saxlamağı, konfrontasiya yaratmağı və mövcud qeyri-stabilliyi destruktuv və zərərverici fəaliyyətdən başqa heç cür adlandırmaq olmaz”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri