Gənc oğlanı qatar vurub

Gənc oğlanı qatar vurubAğstafa rayonunda qatar gənc oğlanı vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Ağstafa şəhərində qeydə alınıb.


Rayon sakini, 1997-ci il təvəllüdlü Tamerlan Cəfərov dəmir yol xəttini keçən zaman qatar onu vurub.


Xəsarətlərlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən T. Cəfərovun vəziyyətinin orta ağır olduğu bildirilir.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri