Yataqxana zirzəmisində amansız qətl: 1 ölü, 1 yaralı
- 27.06.2013, 18:36,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Xətai rayonu ərazisində gənc oğlan qətlə yetirilib. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan Məzahir Rüstəmov küçəsində yerləşən yataqxananın zirzəmisində öldürülüb. Naməlum şəxslər ona bir neçə bıçaq zərbəsi vurublar. Hətta bıçaq zərbələrindən biri onun yuxu arteriyasını da kəsib.
Təxminən 25 yaşında olan gəncin sinəsində, bədənin müxtəlif yerlərində də xəsarətlər olub. Qətl zamanı həmin şəxslə bərabər, başqa biri də bıçaqlanıb. Elə həmin şəxs də qətl barədə polisə məlumat verib.
Xətai Rayon Polis İdarəsi faktı təsdiq edib.