Bakıda 23 yaşlı oğlanla xalası dəm qazından boğulub

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuriyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayanlar - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri