Bakıda bayram günü maşınına mindikləri sürücünü boğmaq istəyən dəstə tutulub
- 27.06.2013, 18:43,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bayram günü Bakıda adam döyən şəxslər yaxalanıb. ANS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, iyunun 26-da Xətai rayonu Babək prospektində Bakı şəhər sakini Ramil Quliyevə məxsus “Opel” markalı avtomaşına oturmuş 5 naməlum şəxs onu boğmağa cəhd göstərib. Sürücünü döyərək pul verməsini tələb ediblər. Ramil pulu olmadığını dedikdə isə düşərək gediblər.
Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı səhər sakini Elvin Rzaquliyev, Neftçala rayon sakini Cavid Quliyev, Cəlilabad rayon sakini Fərid İslambəyli, Lənkəran rayon sakini Araz Rüstəmli və Yevlax rayon sakini Rövşən Əliyev tutulublar.
Fərid İslambəylinin və Elvin Rzaquliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Elvinin qardaşı İlkinlə birgə iyunun 24-də Xəqani bağında Bakı şəhər sakini Emil Hüseynovu bıçaqla hədələyib içərisində mobil telefonu, qol saatı, 10 manat pulu və şəxsiyyət vəsiqəsi olan pul kisəsini də almaları müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzaquliyev tutulub. RPİ tərəfindən araşdırma aparılır.