DİN: "Dəmirçi Plaza"dakı qətl "COBALT" markalı tüfənglə törədilib

DİN: "Dəmirçi Plaza"dakı qətl "COBALT" markalı tüfənglə törədilib Daxili İşlər Nazirliyi (DİN) "Dəmirçi Plaza"da törədilən qətllə bağlı məlumat yayıb.


APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.


Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri