Bakının mərkəzində qoyulan nişan 3 gün sonra yığışdırıldı: sürücülər çaş-baş qalıblar

Bakının "beşmərtəbə dairəsi" deyilən ərazidə qoyulan yol nişanı yerindən çıxarılıb.

Yeni yol nişanı çıxarılandan sonra avtomobil sürücüləri yolda çaş-baş qalıblar. Çünki onlar qaydaların pozulmasından ehtiyat edirlər. Bu səbəbdən ərazidə tıxac yaranıb.

Qeyd edək ki, cəmi 3 gün öncə Cəfər Cabbarlı küçəsi istiqamətində hərəkət edən sürücülər üçün isə dairəyə daxil olanda yeni ''STOP'' nişanı qoyulmuşdu. Azərbaycan prospektindən ''beşmərtəbə dairəsi'' tanınan istiqamətdə ''DAİRƏ'' nişanı var.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, edilmiş dəyişiklik günün tələbidir. Onun sözlərinə görə, bu barədə Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının müvafiq qərarı var.

Qeyd edək ki, burada qayda pozan sürücülər 60 manat məbləğində və ya 3 cərimə balı ilə cəzalandırılırdılar.

Sürücülər isə hesab edirdilər ki, yol polisi Azərbaycan prospekti istiqamətində gələn sürücülərə ''dairəni burax'', dairəyə daxil olanlara isə ''sağdan gələn avtomobilləri burax'' əmredici nişanları qoymaqla onları çaş-baş salır.


Milli.Az
Şərhlər
Sosial bölməsinin xəbərləri