DÇ-2026: Final mərhələsində 48 komanda mübarizə aparacaq
- 10.01.2017, 14:43,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə 2026-cı il dünya çempionatının final mərhələsində 48 komanda mübarizə aparacaq. APA xəbər verir ki, qərarı FİFA-nın Şurası təsdiqləyib.
Şura bu gün keçirilən iclasında mundial iştirakçılarının sayının 32-dən 48-ə çatdırılmasını məqsədəuyğun sayıb. Həlledici mərhələdə çıxış edən 48 komanda 16 qrupda mübarizə aparacaq. Hər qrupda 3 komanda yer alacaq və ilk 2 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcəklər.
Bu qərar yekdilliklə qəbul olunub.
Artıq bu yerlərin qitələr üzrə necə bölüşəcəyi ilə bağlı ehtimallar üzə çıxıb.
Avropa 16, Afrika 9,5, Asiya 8,5, KONKAKAF zonası və Cənubi Amerika hərəsi 6,5, Okeaniya isə 1 komanda ilə təmsil olunacaq.