Blogger Mehman Hüseynov 200 manat cərimələnib

Blogger Mehman Hüseynov 200 manat cərimələnib Blogger Mehman Hüseynov sərbəst buraxılıb.


Nəsimi Rayon Məhkəməsində blogger Mehman Hüseynovun işi üzrə məhkəmə keçirilib.


APA-nın xəbərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynov 200 manat məbləğində cərimələnərək, sərbəst buraxılıb. Vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.



***



Blogger Mehman Hüseynovun nədə ittiham olunduğu məlum olub.

APA-nın məlumatına görə, vəkil Elçin Sadıqov bildirib ki, M. Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə ittiham olunur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri