Azərbaycanlı iştirakçıların “O səs Türkiyə” yarışmasından uzaqlaşadırılmasına layihə rəhbəri Acun Ilıcalının köməkçisi Nazlı Sütçü münasibət bildirib.
Live.az-ın xəbərinə görə, bunu qafqazinfo-ya açıqlama verən Sütçü yaranmış qalmaqalla bağlı qaranlıq məqamlara aydınlıq gətirib.
Acunun köməkçisi deyib ki, azərbaycanlı iştirakçılar təsadüfən eyni qrupda çıxış ediblər:
“Azərbaycanlı iştirakçılar Gökhan və Hakanın komandasında idi. Münsiflərin öz istəyi ilə yarışacaq iştirakçılar qruplaşdırılır. Jürilər opera janrında ifa edən iştirakçıları bir qrupa, türkü oxuyanları başqa qrupa, əcnəbi dildə oxuyan iştirakçıları isə üçüncü qrupa salıblar. Onların komandasında olan iştirakçılar çox yaxşı idi. Azərbaycanlı iştirakçıların əksəriyyəti də opera ifaçılarıdır. Təsadüfən onlar eyni qrupa düşdülər.
Nəticədə hamı perfonmansını göstərdi, Gökhan bəy detalları ilə hər kəsin qüsurlarını dedi. İlham Nəzərov səhnədə bizi ittiham etdi. Dedi ki, biz azərbaycanlıyıq deyə yarışmadan çıxardız. Çox sərt və hörmətsiz bir ittihamdır. Çünki burada bir çox fərqli ölkədən olan iştirakçılar yarışır. Azərbaycanlılar isə özümüzük, sizlərlə özümüz arasında fərq qoymuruq.
Biz sizə əcnəbi kimi baxmırıq. Elnur bizim yarışmanın qalibi olub, ayrı-seçkilik heç vaxt etməmişik. Hazırda yarışmada yoluna davam edən üç azərbaycanlı var. Əgər belə bir düşüncə olarsa, bu, növbəti sezonda iştirak etmək istəyənlərə də çox pis təsir göstərəcək. Düşünəcəklər ki, onlara qarşı da haqsızlıq edilə bilər. Çıxan iştirakçılar belə bir təsəvvür yaratmaq niyyətindədilər”.
N. Sütçü eks-iştirakçı İlham Nəzərovun yarışmaya şəxsən özləri tərəfindən dəvət edildiyini vurğulayıb:
“Çox pis olduq, belə düşüncə yaranmamalıdır. Çünki, biz azərbaycanlı iştirakçıları “O səs Türkiyə”yə dəvətlə çağırırıq. O, "Rising Star" yarışmasında iştirak edəcəkdi, alınmadı bu biri yarışmaya dəvət etdik.
Hər bir azərbaycanlı iştirakçı ilkin mərhələdə dörd münsifi öz tərəfinə çevirə bildi. Azərbaycanlıların bizim yarışmaya qatılmaqlarından çox məmnun oluram. Belə bir qalmaqalın yaranması çox üzücü və ayıbdır. Ölkələri ayırmaq, ayrıseçkilik etmək böyük günahdır".