Dünya Bankı Azərbaycandakı iqtisadi artımla bağlı proqnozunu qoruyub

Dünya Bankı Azərbaycandakı iqtisadi artımla bağlı proqnozunu qoruyub Bu il Azərbaycanda iqtisadi artım 1,2% təşkil edəcək.


Bu barədə Dünya Bankının (DB) “Gloal Economic Prospects” adlı yanvar tədqiqatında deyilir.


Bildirilir ki, iqtisadi artıma səbəb neftin qiymətinin artması və iqtisadi disbalansın azalmasıdır.


Bununla yanaşı, DB qeyd edir ki, neftin qiymətindəki volatillik hələ də iqtisadiyyata əsas risk yaradan amildir.


Qeyd edək ki, DB bundan öncə də 2017-ci ildə Azərbaycanda 1,2%-lik artım proqnozlaşdırıb. Bankın proqnozlarına əsasən, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 2,3% artacaq.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri