Təhsil Nazirliyi Azərbaycanda repetitorluğun qarşısını almaq üçün TQDK ilə danışıqlar aparıb
- 28.06.2013, 00:55,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanın təhsil sahəsində mövcud olan repetitorluğun qarşısının alınması yollarına aydınlıq gətirib.
APA-nın xəbərinə görə, təhsil naziri müsahibəsində bildirib ki, bu gün ölkədə repetitorluq məsələsi mövcuddur.Bunu problem adlandırmaq istəməyən M.Cabbarov qeyd edib ki, sadəcə bu hal var: “İnsanların əksəriyyəti güman edir və düşünür ki, seçdiyi ixtisas üzrə qəbul imtahanında yüksək nəticəni əldə etmək üçün repetitordan istifadə etnmək zərurudir. Bunun səbəblərini və köklərini düzgün şəkildə başa düşməliyik və araşdırmalıyıq. Mən gizlətmirəm. Bizim bu məsələlər barədə çox konstruktiv və pozitiv müzakirələrimiz artıq olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri ilə danışıqlar aparılıb. Məni sevindirən hal odur ki, biz bu məsələdə həmfikirik. Bunun köklərini düzgün təhlil edib, müxtəlif tədbirlər görməliyik. Mənim üçün vacib olan məqam ondan ibarətdir ki, orta təhsilə və məktəbə ali təhsil üçün hazırlıq funksiyasını yerinə yetirən qurum kimi baxmaq istəmirəm və belə bir baxışı köklü şəkildə səhv hesab edirəm. Orta təhsilin məqsədi insanları tam şəkildə müstəqil həyata hazırlamaq, müstəqil Azərbaycan vətəndaşını formalaşdırmaq və ona lazım olan biliyi verməkdir. Artıq o müstəqil vətəndaş öz həyatı barədə qərar qəbul etməlidir. Mənim ailəmimdə bu heç də düzgün fikir və yanaşma deyil ki, əgər şagird, abituriyent bu və ya digər səbəbdən ali təhsil ocağının tələbəsi olmursa, həyatında peşə seçirsə, ona hansısa şəkildə digər şagirdlərdən daha az istedadlı, daha az əhəmiyyətli işlə məşğul olan bir insan kimi yanaşılsın. Dünya təcrübəsi də bunu göstərir ki, ali təhsili olmayan insanlar da həyatada böyük uğurlara nail ola bilir”.