Bakıda "Azərsun Holdinq"in Duz Zavodundan 2800 kq duzunu oğurlamaq istəyən şəxslər tutulub
- 17.04.2013, 18:42,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir qrup Masazır qəsəbə sakini "Azərsun Holdinq" şirkətinə məxsus 112 kisə duzu oğurlamağa cəhd edərkən polis tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-da Abşeron rayonu Masazır qəsəbəsinin ərazisindəki "Azərsun Holdinq" şirkətinə məxsus Duz Zavodunun ərazisindən hər birinin çəkisi 25 kiloqram olan 112 kisə duzu oğurlayıb Qalib Əzizova məxsus "QAZel" markalı avtomaşına yükləyərkən qəsəbə sakinləri Ağamehdi Əliyev, Bəylər Talıbov, Əliyoldaş Rəşidov, Xalid İmanverdiyev və Fuad Salamov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılanlar Abşeron Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Faktla bağlı cinayət işi açılıb.