Bakıda "Bomba" Sosial Media Mükafatı təqdim olunacaq
- 12.01.2017, 11:22,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Son illər Azərbaycanda sosial şəbəkələrin çox məşhurlaşdığının və ənənəvi media qurumlarını bazardan, demək olar ki, sıxışdırıb çıxardığının şahidiyik.Sosial şəbəkələr ünsiyyət platformasından daha çox məlumat mənbəyi, paylaşımı, istedad və bacarıqların nümayişi və gündəmin müzakirəsi meydanına çevrilib.
Bununla bağlı son 1 ildə Facebook, Twitter və Instagram-da saysız-hesabsız maraqlı "mövzular" meydana gəlib, onların qəhrəmanları böyük kütlənin diqqətini cəlb edə bilib. Ölkəmizdə medianın və kütləvi informasiyanın əsas hissəsinin sosial şəbəkələrdən ibarət olmasını və son illər ən maraqlı layihələrin, demək olar ki, İnternet vasitəsilə işıqlandırılmasını, bir sözlə, insanların əsasən sosial şəbəkələrdə "partlatmasını" nəzərə alaraq "Sosisal Şəbəkə Mükafatı"nı təsis etmək istəyirik.
Mükafatın və layihənin adı "Bomba"dır. 2016-cı ildə sosial şəbəkələrdə öz statusu və ya videosu ilə, hansısa layihəsi və ya "caps"i ilə və s. "partladanları", müzakirə mövzusu olanların mükafata layiq olduğunu düşünürük və mükafatlandırmaq istəyirik. İlin ən güclüləri "Bomba" Akademiyası tərəfindən seçiləcək. Layihə hərtərəfli media vasitəsilə, tədbirin özü isə KİV tərəfindən işıqlandırılacaq.
Tədbir 11 fevral Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.