Bakıda yanacaq daşıyan avtomobil minik maşını ilə toqquşub, yanğın baş verib

Bu gün Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşlara məxsus “KamAZ” markalı yanacaq daşıyan yük avtomobili ilə “Lada” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib.


APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nəticədə yanacaq daşıyan avtomobilin yanar hissələri və ətrafa dağılmış yanacaq yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat 13.58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri