"Xəzər" TV-də yayımlanan “5-də 5” verilişində müğənni Nadir Qafarzadə və toy sahibi arasında qalmaqal yaşanıb.
İfaçı bildirib ki, rayonlardan birində toya gedib və toyda iştirak saatını ev sahibi ilə 13:00-dan 19:00-dək razılaşıblar.
Onun sözlərinə görə, saat 19:00-da isə ev sahibi daha iki saat məclisi yola verməyi xahiş edib. Lakin Nadir həm özünün, həm də musiqiçilərinin yorulduğunu söyləyib.
Proqrama zəng vuran toy yiyəsi hadisəni belə nəql edib:
"Biz saat 13:00-dan 19:00-dək razılaşdıq. Amma o toyda daha 3 nəfər müğənni var idi. Məclisdə 2 minə yaxın insan iştirak edirdi. Hamı şahiddir ki, Qafarzadə cəmi 5 mahnı oxudu. Ona 12 min manat vermişdim. Saat 19:00-da Nadirə dedim ki, icazə versin musiqiçiləri daha iki saat toyu yola versinlər. Bunun müqabilində ona pul da təklif elədim. Amma o, razılaşmadı, dedi ki, mənə sənin pulun lazım deyil, mənim pulum çoxdur. Mən musiqiçilər verdiym pulu halal edirəm, amma Nadirə verdiyim pulu halal etmirəm".
Canlı efirdə bu sözləri eşidən müğənni əsəbiləşib və ev yiyəsinin yalan danışdığını bildirib.