Bu qidalar kökəlməyə səbəb olur
- 13.01.2017, 12:51,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hamburger, steyk və qərb mətbəxindən olan bu kimi yeməklər kökəlməyə səbəb olur.
Trend-in məlumatına görə, bir qrup alimin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu tip yemək növləri, eləcə də şirniyyatlar endokannabinoidlər istehsal etməklə bədənin enerji balansını idarə edən beyin reseptorlarına narkotik vasitə kimi təsir göstərir və nəticədə insan daha çox yemək istəyir.
Alimlər tədqiqat zamanı siçanlara iki ay müddətində tərkibində şəkər və yağın bol olduğu qidalar verərək onlar üzərində müşahidə aparıblar. Nəticədə siçanlarda kəskin piylənmə və çox yemək istəyi yaranıb. Bu cür qidaların verilməsi dayandırıldıqdan bir müddət sonra isə siçanlarda güclü iştaha aradan qalxıb.