Aparıcı Şəbnəm Hüseynova ilə Kamil Zeynallı arasındakı qalmaqal böyüyür.
Ş.Hüseynova K.Zeynallının onun ünvanına səsləndirdiyi təhqirlərə cavab verib.
Aparıcı bildirib ki, idmançının onun tənqidi qarşısında dediyi təhqirlər tərbiyəsizlikdən başqa heç nə deyil:
"Səhər durub Kamil Zeynallının dediklərini oxuyanda şok keçirdim. Mənim televiziya işçisi, sosial insan kimi cəmiyyətdə baş verən hadisələrə fikir söyləmək ixtiyarım var. Hər halda o, özü də kütlənin qəbul etmədiyi məsələlərlə bağlı fikir bildirir. Biz sivil ölkədə yaşayırıq, hər ikimiz televiziyada veriliş aparırıq. Ən azından mənə zəng edib onun haqqında bu fikri niyə yazdığımın səbəbini soruşa bilərdi.
Yaxud da silməyimi xahiş edə bilərdi. Mənim ünvanıma dediyi bütün söyüşləri olduğu kimi onun özünə qaytarıram. Tanımadığı insan haqqında o ifadəni işlətməyin artıq sənin haradan gəldiyindən xəbər verir. İkincisi isə efirdə veriliş aparan və tanınan adam insanlara yaxşı nümunə olmağı bacarmalıdır. Davranışlarınla sən öz etikanı nümayiş etdirirsən. Üstəlik, o, öz həyat yoldaşı ilə birlikdə mənim verilişimdə qonaq olub. Hətta əlimi sıxıb salam verib".
Aparıcı bildirib ki, yazdığı statusda K.Zeynallını təhqir edəcək heç bir fikir bildirməyib:
"Statusda onun adını çəkməmişdim. K.Zeynallının timsalında onun kimilərini tənqid etmişdim. Onun milyonlarla izləyicisi var, hər halda özü yayımladığı videolara cavabdeh olmalıdır. Əlbəttə ki, öz işidir, amma tənqidimə də mənim kimi cavab verməli idi. Yazmadığım formada cavab qaytarardı, məni təhqir etməyə haqqı yox idi! Anam bu yaxınlarda dünyasını dəyişib, qoy anamın qəbri ona qənim olsun! Mən heç onun "Boyunu yerə soxum" deməmişəm, utandığımdan "Az qala öz boyumu yerə soxuram" yazmışdım. O, kimliyindən asılı olmayaraq cəmiyyətdəki insanları təhqir etməsindən danışsın. Öz yazdıqlarına cavab versin".
****
"Toy olmayacaq" verilişinin aparıcısı Şəbnəm Hüseynova sosial şəbəkədə məşhur idman ustası Kamil Zeynallını tənqid edib.
Aparıcı təyyarədə özünü şit aparan azərbaycanlılardan utandığını qeyd edib: "Hər dəfə təyyarədə və aeroportda bizim bəzi insanların bu tip davranışlarına görə boyumu az qala yerə soxuram!"
Məsələ ilə bağlı idmançının da fikirlərini öyrəndik.
Bu barədə danışan K.Zeynallı təyyarədə etdiyi zarafatın çox normal hal olduğunu ifadə edib:
"Kimliyindən asılı olmayaraq, hər bir insan birinci öz keçmişinə baxar, sonra isə başqaları haqqında nəsə münasibət bildirər. Əcəb eləmişəm, hərəkətimin arxasında dayanıram. Ümumiyyətlə, mən Şəbnəmi tanımıram. O, kimdir və haranın...., mənim haqqımda belə sözlər yazmaq ixtiyarını özündə tapır?"
Qeyd edək ki, K.Zeynallı Şəbnəmə qarşı ədəbsiz ifadələr işlətdiyindən onları burada yaza bilmirik. Xatırladaq ki, Kamil Zeynallı məşhur müğənni Gülayla evlidir. Cütlüyün bu nikahdan bir qızı var.