Hamburqda yeni filarmoniyanın rəsmi açılış mərasimi keçirilib
- 14.01.2017, 10:49,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hamburq şəhərində yerləşən yeni filarmoniyanın (Elbphilharmonie) rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Almaniyanın yüksək səviyyəli hökumət nümayəndələri iştirak ediblər. Qonaqlar arasında kansler Angela Merkel və prezident Yoaxim Qauk da olub.
Açılış mərasimində orkestr məşhur alman bəstəkarları Lüdviq van Bethoven və Mixael Pretoriusun əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişdir.
Almaniyanın Hamburq şəhərində Elba çayının üzərində tikilən Elbphilharmonie filarmoniyası sayrışan fasadı ilə diqqət cəlb edir.
İsveçrənin Herzog & de Meuron memarlıq bürosunun layihəsi əsasında tikilən Elba filarmoniyasının binasına 3 konsert zalı, mehmanxana, 45 şəxsi apartament, restoran və mağaza daxildir. Eləcə də binanın strukturunda ictimai baxış meydançası yerləşəcək. Elba filarmoniyasının yerləşəcəyi hissənin ərazisi 10 540 kv. metr təşkil edir. Binanın ümumi ərazisi 120 380 kv. metr, binaların sayı isə 26-dır. Filarmoniyanın diqqət cəlb edən xüsusiyyəti binanın forması və 1100 ayrıca paneldən ibarət şüşə fasaddır.
Unikal akustika sistemli 3 konsert zalından biri çay üzərində 50 metr yüksəklikdə 2150 musiqi həvəskarını özündə yerləşdirə bilir. Fasad pəncərələrin əksəriyyəti kiçik boz əks etdirən nöqtələrlə örtülüb. Onlar obyektin qızmasının qarşısını almaq və sayrışan effekt yaratmaq üçündür.
Qeyd edək ki, tikili 7 il gecikmə ilə təhvil verilib. 2010-cu ilə planlaşdırılan açılış mərəsimi, qalmaqal və büdcə azlığına görə dəfələrlə ertələnib və axır ki, 2017-ci ilin yanvarında açılışı baş tutub. 2007-ci ildə fundamenti qoyulan filarmoniyanın büdcəsi 77 mln-dan 789 mln-a qədər qalxıb.