İspaniya millisi Konfederasiyalar Kubokunun finalına yüksəlib
- 28.06.2013, 12:45,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Braziliyada keçirilən Konfederasiyalar Kubokunda yarımfinal oyunlarına yekun vurulub.
Live.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, B qrupunun lideri olan son dünya və Avropa çempionu İspaniya milli komandası A qrupunun 2-cisi İtaliya yığması ilə qarşılaşıb.
Fortaleza şəhərinin “Kastelan” stadionunda keçirilən matçın əsas vaxtında qalib müəyyənləşməyib. İngiltərəli hakim Hovard Uebbin idarə etdiyi oyunun 30 dəqiqəsində də qapılar toxunulmaz saxlanılıb. Bu zaman qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Qapılara vurulan 14 topdan yalnız italiyalı müdafiəçi Leonardo Bonuççinin zərbəsi qeyri dəqiq olub və İspaniya adını finala yazdırıb.
Həlledici görüşdə isə Visente del Boskenin komandası Braziliya ilə qarşılaşacaq.
Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.
Konfederasiyalar Kuboku
27 iyun
Yarımfinal oyunu
İspaniya - İtaliya - 0:0 (penaltilər seriyası - 7:6)
Baş hakim: Hovard Uebb (İngiltərə)
Fortaleza. “Kastelan” stadionu
İspaniya: Kasilyas, Arbeloa, Pike, Ramos, Alba, Buskets, Pedro, Xavi, İnyesta, Silva, Torres
İtaliya: Buffon, Barsali, Bonuççi, Kellini, Madjo, De Rossi, Pirlo, Cakkerini, Kandreva, Markizio, Cilardino