Bakıda dəhşətli qəza: 17 yaşlı oğlan Gelandewagen-də yandı

Bakıda dəhşətli qəza: 17 yaşlı oğlan Gelandewagen-də yandı Bakıda gecə saatlarında baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub.


Belə ki, FHN-in yaydığı məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda yol-qəza hadisəsi nəticəsində "Mercedes" markalı minik avtomobilinin alovlanması nəticəsində sürücü yanıb. Maşın Səfərova Lalə Telman qızına aid olduğu üçün yanan şəxsin də məhz həmin xanımın olduğu ehtimal olunub.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gecə baş verən hadisədə yanan şəxs Lalə Səfərova deyil, qardaşı 17 yaşlı Hənifəyev Teymur olub. Hadisə zamanı Teymurun maşında tək olmadığı bildirilir, digər şəxsləri xilas etmək mümkün olsa da, Teymurun meyiti avtomobildə yanıb.


Qeyd edək ki, faciəvi şəkildə həlak olan oğlanın atasının Bakıdakı şifer zavodlarından birinin rəhbəri olduğu deyilir, bacısı Lalə Hənifəyevanın isə bu yaxınlarda ailə qurduğu bildirilir.


Daxili İşlər Nazirliyi də sözügedən qəza ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, iyunun 27-də saat 23.45 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Mahir Salmanovun idarə etdiyi “VAZ-2104” markalı və “Mercedes” markalı avtomaşınlar toqquşub, sonradan “Mercedes” markalı avtomaşın aşaraq yanıb. “Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Nəticədə “Mercedes” markalı avtomaşının sürücüsü yanaraq ölüb.


Sabunçu RPİ tərəfindən araşdırma aparılır.



___________________


12:46


Bakıda qadın sürücü avtomobildə yanıb.


APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda yol-qəza hadisəsi nəticəsində Səfərova Lalə Telman qızı tərəfindən idarə olunan "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən sürücü L.T. Səfərovanın yanmış meyiti aşkar olunub.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri