Qusarda 44 yaşlı kişi damarlarını kəsərək intihar edib
- 16.01.2017, 19:22,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qusar rayonunda intihar faktı qeydə alınıb. APA-nın verdiyi məlumata görə, Qusar şəhəri, H.Davud küçəsi, 3 nömrəli evdə kişi meyiti aşkar edilib.
Hadisə yerinə baxış keçirilən zaman meyiti tapılan şəxsin həmin ünvanda yaşayan, 1973-cü il təvəllüdlü Məmmədkərimov Elşad Pirzada oğlu olduğu müəyyən olunub.
İlkin araşdırmalardan sonra onun hər iki qolunun damarlarını kəsərək intihar etdiyi məlum olub.
Faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.