Prezident Davosda "McKinsey" şirkətinin qlobal idarəedici tərəfdaşı ilə görüşüb
- 16.01.2017, 20:49,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev Davosda "McKinsey" şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşüb.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Dominik Barton Bakıya səfərini məmnunluqla xatırlayıb, Azərbaycanda gördüyü inkişaf proseslərini, iqtisadi sahədə aparılan islahatları yüksək qiymətləndirib.
Söhbət zamanı McKinsey şirkətinin bu yaxınlarda Bakıda ofisinin fəaliyyətə başladığı və artıq bu şirkətin 20-yə yaxın layihədə, o cümlədən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin hazırlanmasında iştirak etdiyi vurğulanıb.
Görüşdə Azərbaycan ilə McKinsey şirkəti arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
APA