“Bakı Metropoliteni”: Metroda normal iş rejiminin pozulması halları azalıb
- 16.01.2017, 20:52,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bakı Metropoliteni QSC yaradıldıqdan sonra əsas diqqət qatar vaqonlarının təmiri prosesində xroniki problemlərin aradan qaldırılmasına yönəldilib”.
Bu barədə QSC-dən məlumat verilib.
Məlumata görə, müəssisəyə daxil olan ehtiyat hissələrindən asılılığı minimuma endirmək məqsədilə bir çox mexaniki detal və qovşaqların yerli şəraitdə hazırlanmasına başlanılıb: ”Əvvəllər 113 adda mexaniki detal və qovşaq kənar müəssisələrdən alınırdısa, hesabat dövründə onların sayı 37-yə endirilib. Qalan hissələr isə məhz metropolitenin istehsal sahələrində hazırlanır. Nəticədə, kənar müəssisələrdən alınan məhsulların sifarişinə, onlara çəkilən xərclərə kifayət qədər qənaət əldə olunub. Bu, metropoliten şəraitində istehsalın inkişafına əlavə stimul olmaqla yanaşı, eyni zamanda mütəxəssis potensialının güclənməsinə, onların nəzəri-praktiki bilik və bacarığının, həmçinin mühəndis-konstruktor sahəsinin inkişafına təkanverici qüvvədir. Bu məhsulların etibarlı saxlanmasını təmin etmək və onlara olan tələbatın vaxtında ödənilməsinə şərait yaratmaq üçün metropolitendə müasir standartlara cavab verən anbarlar inşa olunub.
Ümumiyyətlə, bu və ya digər kompleks tədbirlər sayəsində 2014-cü ildə cəmi 35 vaqon 3 saylı (digər adı - qaldırma) təmirə dayandırılıbsa, 2015 və 2016-cı illər ərzində depo tarixində rekord sayda – 140 vaqon 3 saylı təmirdən çıxarılaraq xəttə qaytarılıb. Həmçinin bu proses zavod şəraitində təmirin növü hesab edilən orta təmir bazasında aparılaraq, qatarların istismar ömrünün uzadılması baxımından da xüsusi əhəmiyyət kəsb edir”.
Görülən işlərlə yanaşı, nasazlığa görə xətdən çıxarılan qatarların sayı iki il ərzində 3 dəfədən artıq azaldılıb. 2014-cü il ərzində 520 qatar vaxtından əvvəl depoya qaytarılmışdısa, görülən işlər nəticəsində 2015-ci ildə 212, ötən ildə isə cəmi 152 hərəkət tərkibi xətdən çıxarılıb.
Həmçinin 2014-cü ildə metropolitenin normal iş rejimi 19 dəfə pozulubsa, 2015-ci ildə 13, keçən ildə 9 belə hala yol verilib.