Merkel Trampın Avropa İttifaqının parçalanmasına dair fikirlərinə münasibət bildirib
- 17.01.2017, 11:23,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniya kansleri Angela Merkel ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Avropa İttifaqının parçalanmasına dair səsləndirdiyi fikrə münasibət bildirib.
APA-nın məlumatına görə, bu barədə “İnterfaks” xəbər verib.
“Fikrimcə, Avropanın taleyi avropalıların öz əlindədir. Əminəm ki, biz birgə olacağıq”, deyə A.Merkel bildirib.
O həmçinin Trampın onunla tanış olmadığı barədə sözlərini cavablandırıb: “Mən ABŞ prezidentinin inauqurasiyasını gözləyirəm. Sözsüz ki, Donald Tramp səlahiyyətlərinin icrasına başlayan kimi biz ABŞ-ın yeni administrasiyası ilə bütün mümkün səviyyələrdə əməkdaşlıq edəcəyik”.
Qeyd edək ki, ötən gün ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib.