Stilist: "Elza Seyidcahan "zövqsüzlük kraliçası"dır"

Stilist: "Elza Seyidcahan "zövqsüzlük kraliçası"dır" "Nə deyirlər-desinlər, bilirəm necə olacaq"

"ARB Ulduz"da yayımlanan "Şou-məkan" proqramının növbəti qonağı tanınmış stilist Anar Ağakişiyev olub.

Stilist fikirlərinin qalmaqal alovuna odun atmaq kimi bir şey olduğunu dəqiq bildiyi halda, işini yerinə yetirib düşüncələrini söyləməkdən çəkinmədi.

Günay İbrahimlinin imicini yerə-göyə sığdırmaqda çətinlik çəkən Anar 2016-cı ilin sonlarında müğənninin stilində partlayış yaratdığını diqqətə çatdırdı:

"Mənim zənnimcə, 2016-cı ilin sonlarında partlayışı Günay İbrahimli etdi. Mənim özümü tərifləməyim də düzgün deyil. Günay xanım həmişə zövqlü görünürdü, eləcə də, Röya xanım. Ancaq Günay İbrahimli o qədər iri addımlarla partlayış etdi ki, böyük səs-küyə səbəb oldu. Gündəmdən də düşmür. Dekabrda şedevr yaratdım. Özümü tərifləyə bilmərəm axı. Demirlər, stilistəm, çıxsınlar desinlər ki, Günay İbrahimli partlatdı. Deyə bilmirlər axı. O qurdlar axırda daxildə kolbasalara dönəcəklər".

Stilist Günay İbrahimli və Röya ilə siyahını tamamlamayıb həmin ardıcıllığa bu məşhurların da adını arxayın şəkildə əlavə etdi:

"Mənim üçün 2016-cı ilin yekunu olaraq, ən zövqlü Günay İbrahimli və Röya Ayxandır. Amma digərlərinin də haqqını tapdalamaq olmaz. O sırada Tünzalə Ağayeva və Nərgiz Cəlilova da var. Çünki gördüklərimizi deyirəm. Çoxları məndən inciyəcək. Ancaq nə etmək olar? Acı həqiqət budur. Aygün xanım qəşəng görünür, özünə görə tərzi var. Ancaq dəb baxımından partlayış yoxdur. Dostumdur, məndən inciməz".

Bəzi sənətçilərin geyimini, saç düzümünü, ümumilikdə üslubunu darıxdırıcı hesab edən Anar əsl bombanı işə salıb kimlərinsə cibinə qoydu:

"Onların adını çəkən deyiləm. İpucu ilə söyləyəcəm. Aralarında rəqqasələri də var. "Kopyalayırlar", yaşıl saç düzümləri edirlər. Zövqsüzləri artıq tamaşaçılar əzbər bilirlər. Mən indi durub hansısa zövqsüzün adını çəkim. Onu reklam edim. Sonra o mənə nəsə cavab qaytarsın. Hövsələsiz adamam, mən ona geri cavab qaytarım. Tək o deyil, bir çox başqa müğənni də var ki, istəmirəm onların adını çəkim, özlərini əzbər tanıyırlar".

Anarın əməkdar artist Elza Seyidcahanın imici haqda söylədikləri, ola bilsin ki, onun canına daha çox üşütmə salacaq:

"Elza artıq bir ildir ki, "zövqsüzlük ikonasının kraliçası" olub. Onun kürklə elə şəkilləri var ki, nə xəbərdir ey? Gəlin nəyinsə xatirinə paylaşmayaq. Diqqətli olaq. Başında "priçoska", üstündə də "şuba"".

Sözünü deyib arxasında dağ kimi dayanan Anar bu fikirlərindən sonra kimsə ona gözünün üstə qaşın var desə, məhkəmə qapılarında vaxt sayacağını bildirib:

"Aralarında bəziləri var ki, qardaşları stilistdir, ancaq artıq adam bilmir nə etsin. Nə qədər eyni saç düzümü yığarlar? Nə deyirlər-desinlər. Üstəlik eksklüzivi sizə verim. Mən bilirəm ki, bunun sonu necə olacaq. Kimsə durub nəsə cavab qaytarsa, həmin dəqiqə məhkəməyə gedəcəm. Mən ona cavab qaytarmayacam. Məhkəməyə də Avstraliyadan şirkətimdən baxılacaq. Necə ki, bu yaxınlarda bir məhkəməni qazanmışam, o biri məhkəməni də həmçinin. Çünki haqq-ədalət var".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri