Xırdalanda avtomobil 39 yaşlı kişini vuraraq öldürüb
- 17.01.2017, 20:10,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün rayonun Xırdalan şəhərində "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Muxtarov Aydın Sərdar oğlunu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.