Rektor: "Təsisçi Qafqaz Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib"

“Yanvarın 9-da Qafqaz Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı təsisçi Beynəlxalq Təhsil Kompleksi tərəfindən qərar qəbul olunub”.

Bunu APA-ya açıqlamasında Qafqaz Universitetinin rektoru Havar Məmmədov deyib.

O bildirib ki, hazırda Ləğvetmə Komissiyası yaradılıb.

H. Məmmədovun sözlərinə görə, tələbələrin başqa universitetlərə köçürülüb-köçürülməyəcəyi, universitetinin başqa ad altında fəaliyyət göstərib-göstərməyəcəyi aidiyyəti qurumların müvafiq qərarından asılı olacaq: "Tələbələrin, müəllimlərin hüquqları pozulmayacaq. Təsisçi tərəfindən bu məsələ ilə bağlı iş aparılır”.

H. Məmmədov "Universitet artıq fəaliyyətini dayandırıbmı" sualına cavab verməyib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri