Bakıda zirzəmisi su ilə dolu olan binaların sayı açıqlanıb

Bakıda zirzəmisi su ilə dolu olan binaların sayı açıqlanıb Bakıda 236-dan artıq binada su ilə dolu zirzəmi aşkarlanıb.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib ki, ötən il bir sıra ərazilərdə zirzəmilərin məişət-çirkab və qarışıq qrunt suları ilə dolması barədə mərkəzə məlumat daxil olub.

Bununla bağlı ötən ilin aprel-may aylarında müayinələrin keçirildiyini deyən Z. Kazımov qeyd edib ki, su nümunələrinin tədqiqatı nəticəsində zirzəmilərdə qrunt, bir qismində məişət çirkab suları (kanalizasiya), digərlərində isə kommunikasiya xətlərinin nasaz olması səbəbindən məişət və qrunt sularının qarışığı aşkar edilib: “Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə geniş arayış təqdim olunub. Su ilə dolu olan zirzəmilərə daha çox Qaradağ, Xətai, Nizami və Binəqədi rayonunda rast gəlinir”.

Z. Kazımov bildirib ki, son zamanlar iqlim dəyişikliyi ilə əlaqədar yağıntıların çox olması belə zirzəmilərin sayının artmasına gətirib çıxaracaq: “Bizim tərəfimizdən lazımi sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilir, bu məsələni qaldırırıq. Təbii ki, onlar da dərhal qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Əfsus ki, bu işlər həyata keçirilmir”.





APA
Şərhlər
Sosial bölməsinin xəbərləri