Mərkəzi Kəşfiyyat İdarəsi 50 illik fəaliyyətinə dair sənədləri açıqlayıb

Mərkəzi Kəşfiyyat İdarəsi 50 illik fəaliyyətinə dair sənədləri açıqlayıbABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) qurumun 1940-1990-cı illərdəki fəaliyyətinə dair 12 milyon səhifəlik sənəd yayıb.

APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, sənədlər əsasən siyasət və kəşfiyyat əməliyyatlarına dair hesabatları əhatə edir.

Bununla yanaşı, sənələrdə Vyetnam və Koreya müharibələri, "soyuq müharibə" zamanı MKİ-nin fəaliyyətinin detalları açıqlanır. Sənədlərin arasında naməlum uçan obyektlərin öyrənilməsi və psixikanın imkanlarının araşdırılmasına dair MKİ-nin həyata keçirdiyi proqramların materialları yer alıb.

Qurumdan bildirilib ki, informasiya mənbələrinin müdafiəsi məqsədilə sənədlərdə xırda redaktələr edilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri