Rəqsanə mətbuat konfransında həmkarı Azəri qızı Güneldən danışıb

Rəqsanə mətbuat konfransında həmkarı Azəri qızı Güneldən danışıb Müğənni Rəqsanə ötən gün keçirdiyi mətbuat konfransında həmkarı Azəri qızı Güneldən danışıb.


Sənətçi Günelin “On altı ildir Türkiyədə yaşayıram. Bir çox məsələdən xəbərdar olduğum üçün orada yeni fəaliyyətə başlayan İradə və Rəqsanəyə kömək edirəm” sözlərinə belə münasibət bildirib:


"Günel bu sözü hansı mənada deyib bilmirəm. Türkiyədə hər bir işi öz gücümə etmişəm. Bir dəfə klip çəkdirmək istəyirdim. Rejissor yüksək məbləğ demişdi. Günel də bu qiymətin baha olduğunu söylədi və məni başqa bir rejissorla tanış etdi. Onunla da sözümüz düz gəlmədi, işbirliyimiz alınmadı. Türkiyədə aranjimançı, rejissor və şirkəti özüm tapmışam. Günelin mənə köməyi dəyməyib".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri