Günay Musayeva müğənniləri tənqid etdi

Günay Musayeva müğənniləri tənqid etdi "Bu geyimi hər kəs daşıya bilməz"

ARB TV-nin efirində yayımlanan "Türk şou-maqazin" verilişinin qonağı olan Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva maraqlı açıqlamalar verib:

"Yeni defilemiz olacaq. Orada baş maneken olacam. Çiğdem xanım mənə açıq-saçıq, şəffaf geyimlər verir. Deyir ki, sən bunu çox yaxşı daşıyırsan. Paltarı daşımaq çox önəmlidir. Transparan geyimi hər kəs daşıya bilməz. Başqa modelyerlərlə olub ki, geyimin dizaynın bəyənməmişəm, dəyişməklərini istəmişəm. Amma Çiğdem Akın və Yıldırım Ayrukla belə bir şey olmayıb. Seçimi onlara buraxıram".

Günay Azərbaycanda da modaya önəm verən Elza Seyidcahana vurulduğunu bildirib:

"Elza Seyidcahana bayılıram. Onun şeirləri, geyimləri mükəmməldir. Onun şeirləri tam olaraq yadımda deyil, amma oxuyanda bəzi şeirləri var ki, əylənirəm. Tünzalə Ağayevanın, Miri Yusifin, Röyanın stilini bəyənirəm. Bəyənmədiklərim isə çoxdur. Vahiməli dərəcədə. Allah onlara zövq yox, səs verib. Professional dəstək ala bilərlər. İnsan içinə çıxırlarsa, normal geyinməlidirlər".

Videonu izləmək üçün şəklə klikləyin:

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri