Abbas Bağırov vergiyə 30 min ödədi

Abbas Bağırov vergiyə 30 min ödədiVergilər Nazirliyi borcu olan şou-biznes üzvlərinin yeni siyahısını açıqlayıb.

Live.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, siyahıda maraqlı məqam ondan ibarətdir ki, uzun müddətdir vergiyə borclu olan Abbas Bağırovun adı bu dəfə buradan çıxarılıb.

Belə məlum olur ki, əməkdar artist 30 min manat dəyərində olan borcunu ödəyib.

Bu məqamda xatırladaq ki, vergidən yayındığı üçün Bağırovun ölkədən çıxışına qadağa qoyulmuşdu.

Ondan başqa, digər sənətçilər-Brilliant Dadaşova, Rəqsanə İsmayılova, Elza Seyidcahan, Ayaz Qasımov, Mətanət İsgəndərli də adlarını borclu siyahısından sildirə bildiriblər.

Bununla yanaşı, siyahıda hələ də vergidən yayınan məşhurların adlarına rast gəlmək mümkündür. Onlar arasında xalq artisti Gülyanaq Məmmədova və müğənni Zamiq Hüseynovun adları əks olunub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri