Azərbaycanda elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayının artmasına təsir göstərəcək

Bu il Azərbaycana gələn turistlərin sayında artımın 10 faizdən aşağı olmayacağı gözlənilir. ANS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, adətən, hər il ölkəyə gələn turistlərin sayında 10-15 faiz artım müşahidə edilir. Azərbaycanda elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayının artmasına təsir göstərəcək.

"Azərbaycanın turizm şirkətlərinin də bu prosesə qoşulmağa böyük maraqları var. İnanıram ki, bu, öz müsbət təsirini göstərəcək. Onu da demək istəyirəm ki, artıq Azərbaycan vətəndaşları öz vətənlərində səyahət etməyə daha meyillidirlər. Bu regionların infrastrukturunun yaxşılaşması ilə əlaqədardır"- deyə, nazir vurğulayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri