Rəqqasə Fatimə yeni fotosessiyada
- 19.01.2017, 09:37,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Əməliyyatdan sonra 10 kiloqram arıqlayan Fatimədən fotosessiya.
Bir müddət öncə əməliyyat etdirən azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva foto-kameralar önünə keçib.
Rəqqasə bildirib ki, bu onun yeni ildə ilk fotosessiyasıdır:
“Son bir ayda bir çox yaradıcı təkliflər aldım. Əməliyyatdan sonra bədənimdə olan şişlər çəkilmədiyinə görə, əksər təkliflərə yox dedim. Hətta şəkillər çəkdirməyə də risk etmirdim. Amma şeytanın qıçını qırıb, foto-kameralar önünə keçdim. Əməliyyatdan sonra düz 10 kilo arıqlamışam. Hələ bir neçə kilo da arıqlamaq niyyətindəyəm”.
Rəqqasə onu da əlavə edib ki, “Gəlinim” yeni mahnı oxumaq qərarına gəlib:
“Mən müğənni deyiləm. Sadəcə qadın məclislərinə dəvət aldığım zaman mahnılar da oxuyuram. Bu sadəcə bir hobbidir. Bu mahnıdan savayı, 2017-ci ildə yeni bir layihəm işıq üzü görəcək. Adını indidən açıqlamayım, bircə onu deyə bilərəm ki, bunu hələ Azərbaycanda heç kim etməyib”.