Kamil Zeynallı profilini bağlamalı oldu
- 19.01.2017, 10:50,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir neçə gündür qalmaqalları ilə medianın gündəminə düşən idmançı Kamil Zeynallı İnstaqram profilini bağlayıb.
Kamilin səhifəsinə girəndə onun mövcud olmadığını göstərir.
Bunun idmançının polis şöbəsinə çağırılmağı ilə bağlı olduğu bildirilib.
Live.az xəbər verir ki, bu barədə qafqazinfo-ya açıqlamasında jurnalist Əfruzə Ağayeva məlumat verib.
Şikayətçi bildirib ki, K.Zeynallı onu “Instagram” hesabında təhqir edib və o, həmin gün polisə müraciət edib.
Ə.Ağayeva müraciətinin ardınca Nəsimi Rayon Polis Şöbəsində izahat yazıb. Bundan sonra idmançı şöbəyə çağırılıb və ifadəsi alınıb.
Live.az xəbər verir ki, Kamil teleqraf saytına açıqlamasında məsələ ilə vəkilinin məşğul olduğunu qeyd edib:
"Vəkilim məlumat verəcək. O haqda danışmaq istəmirəm. Hər şey qaydasındadır. Həyat davam edir. Öz işimlə məşğulam".
Kamil instagram hesabını bağlamasına isə belə aydınlıq gətirib:
"İnstaqram səhifəmi bağladım. Çünki fikirlərim bir az qarışıqdır".
Qeyd edək ki, qalmaqallar Kamil Zeynallı ilə teleaparıcı Şəbnəm və jurnalist Əfruzə Ağayeva arasında baş verib.