Tehranın ilk çoxmərtəbəli binası yanğından sonra çöküb

Tehranın ilk çoxmərtəbəli binası yanğından sonra çöküb Tehranın çoxmərtəbəli binada yanğın olub, nəticədə bina çöküb.


Türkiyə səfirliyinin qarşısında yerləşən “Plasko” binasında yanğın saat 08:00 radələrində başlayıb.


Yanğını söndürmək üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub, nəticədə yanğın söndürülüb. Lakin bir neçə dəqiqə sonra yenidən yanğın başlayıb və binanın çökməsinə səbəb olub. Yanğın zamanı 35 nəfər xəsarət alıb.


Qeyd edək ki, 17 mərtəbəli “Plasko” Tehranda tikilmiş ilk çoxmərtəbəli binadır. Yanğının söndürülməsinə 200 yanğınsöndürən cəlb olunub. Binanın çökməsi nəticəsində bir neçə yanğınsöndürən dağıntılar altında qalıb.


Yanan binanın ətrafında yerləşən səfirliklər boşaldılıb.






APA
Şərhlər
Dünya bölməsinin xəbərləri