Polis “Lamdada” hitinin ifaçısının qətlində şübhəli bilinən şəxsi saxlayıb
- 20.01.2017, 10:41,
- Şou-biznes / Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Polis əməkdaşları ötən əsrin 1980-cı illərin sonlarında məşhur olan “Lamdada” hitinin ifaçısını qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanılan Uolas Vieyra əvvəllər 63 yaşlı müğənninin yaşadığı oteldə işləyib, lakin sonradan işdən uzaqlaşdırılmışdır. Məlumata görə, cinayət qisas zəminində törədilib.
Polisin məlumatına görə, yanvarın 19-da səhər saatlarında azı iki nəfər Loalva Brazın yaşadığı otelə daxil olublar. Otel işçiləri qışqırıq səsləri eşidib, lakin kömək edə bilməyiblər. Cinayətkarla ifaçını oğurlayaraq avtomobillə ərazidən uzaqlaşıblar.
Qeyd edək ki, yerli yangınsöndürmə xidmətinə Rio-de-Janeyro ştatında sahil zolağında avtomobilin yanması barədə məlumat daxil olub. Hadisə yerinə gələn yangınsöndürənlər maşından Loalva Brazın yanmış meyitini aşkarlayıblar.