Qambiya prezidenti vəzifəsini tərk etməyə razılıq verib
- 21.01.2017, 10:50,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Seçkilərdə məğlub olan Qambiyanın hazırkı prezidenti Yəhya Camme vəzifəsini tərk etməyə razılıq verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prezident seçkilərində qalib gələn Adama Barrou özünün “Tvitter” hesabında yazıb.
Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Səsvermənin nəticələrinə əsasən, müxalif Vahid Demokratik Partiya (UDP) tərəfindən namizədliyi irəli sürülən Adam Barrou seçicilərin 45,5 faizinin etimadını qazanaraq seçkilərdə qələbə qazanıb. Hazırkı prezident Y.Camme isə 36,7 faiz səs toplayıb.
Səsvermənin nəticələri elan edildikdən sonra Y.Camme seçkilərin nəticələrini qəbul etmədiyini bəyan edib.
Qeyd edək ki, ötən gün Seneqal ordusu Qambiyada hakimiyyətin prezident seçkilərində qələbə qazanmış Adam Barrouya verilməsini təmin etmək məqsədi ilə bu ölkəyə daxil olub.