Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 50 nəfər xəsarət alıb.

APA-nın ANİ agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.

Sürətli qatarın lokomotivi və qatardakı 22 vaqondan 8-i relsdən çıxıb. Qəzanın səbəbləri hələ məlum deyil. Ancaq “Hindistan Dəmir Yolları” şirkəti təxribat versiyasını istisna etmir. Çünki hadisə baş verən regionda mao silahlıları fəaliyyət göstərir.

***


Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir, sərnişinlər ərazidən təxliyə edilir.

Dəmir yolunda hərəkət dayandırılıb.

Qəzanın səbəbləri hələlik məlum deyil.


***


Hindistanda qatarın relsdən çıxması nəticəsində 13 nəfər ölüb, 100-dək insan xəsarət alıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.

Məlumata görə, yeddi vaqon və lokomotiv relsdən çıxaraq aşıb.

Qatar Orissa ştatının paytaxtı Bxubaneşvar şəhərinə yollanırmış.

Qəzanın səbəbləri araşdırılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri